Messi bombardirlər siyahısında ikinci yerə yüksəldi
13.03.2013 - 00:51
La Liqada fərqlənməklə doymayan Lionel Messi Çempionlar Liqasında da qollarını vurmağa davam edir. Apasport.az saytının məlumatına görə, Argentina millisinin və “Barselona”nın hücumçusu sözügedən turnirdə qollarının sayını 58-ə çatdırıb.
Belə ki, Leo “Nou Kamp”da keçirilən “Milan”la matçda dubl edib. Bu da Messini Avropanın ən nüfuzlu klub turnirində bombardirlər siyahısında ikinci yerə çıxarıb. O, Hollandiya yığmasının sabiq futbolçu Rud van Nistelroyu qabaqlamağı bacarıb.
Qeyd edək ki, Çempionlar Liqasında ən çox fərqlənən Rauldur. İspaniyalı hücumçunun aktivində 71 qol var.

0
0