Burak Ronaldonu izləməkdə davam edir
13.03.2013 - 01:24
Bu mövsüm Çempionlar Liqasında 8-ci dəfə meydana çıxan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz 8-ci qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının üzvü sözügedən turnirin 1/8 final mərhələsinin cavab oyun gündə “Şalke” ilə qarşılaşmanın 42-ci dəqiqəsində fərqlənməklə “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldoya çatmış olub.
Həmçinin Burak ard-arda 6 oyunda rəqib qapıçılarını cəzalandırmaqla mərakeşli forvard Maruan Şamaxın rekorduna da şərik çıxıb.
Qeyd edək ki, Yımaz bu mövsüm Çempionlar Liqasında qol seriyasına oktyabrın 23-də start verib. İstanbulda ÇFR (1:1) keçirilən görüşdə Burak komandasının yeganə qoluna imza atmışdır.

0
0