Semih Kaya xəstəxanalıq oldu
13.03.2013 - 03:49
Semih Kaya xəstəxanalıq oldu
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyun günündə səfərdə “Şalke” ilə qarşılaşan “Qalatasaray” (2:3) ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, matçın 76-cı dəqiqəsində “Cim-Bom”un mərkəz müdafiəçisi Semih Kaya rəqib komandanın futbolçusu Yulian Drakslerlə mübarizə zamanı üzündən ağır zədə alıb.

Belə ki, “Şalke”nin yarımmüdafiəçisinin butsu Semihin üzünə dəyib və o, yerə yıxılıb. Daha sonra Kaya həkimlərin köməyi ilə meydandan kənara çıxarılıb. Qarşılaşmanı davam etdirə bilməyən müdafiəçi Gökhan Zanla əvəzlənib və xəstəxanaya çatdırılıb. Burada tibbi müayinədən keçəndən sonra Semihin vəziyyətinin yaxşı olduğu və heç bir problemin olmadığı məlum olub.