Fatih Terim: Futbolçularımla fəxr edirəm
13.03.2013 - 04:15
Fatih Terim: Futbolçularımla fəxr edirəm
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə səfərdə “Şalke”ni 2:3 hesabı ilə məğlub edib 1/4 finala çıxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim matçdan sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının qələbəni halal haqqı ilə qazandığını bildirib.

O, bütün futbolçuları ilə fəxr etdiyini vurğulayıb: “Bəzən yaxşı, bəzən isə pis oynayırıq. Amma “Qalatasaray” qələbəni halal haqqı ilə qazandı. İlk yarıda hesab arasındakı fərqi artırmaq lazım idi. Bütün futbolçularımın alınlarından öpürəm. Onları təbrik edirəm və onlarla fəxr edirəm. Hamısına halal olsun. Bu qələbə ölkəmiz üçün də çox əhəmiyyətli bir zəfərdir. Çünki Avropanın ən yaxşı səkkiz komandası arasında yer aldıq. Bu həyəcanı ölkə və “Qalatasaray” azarkeşləri də yaşayacaq”.