“Barselona” ilk yarım saat ərzində gözəl futbol göstərdi”
13.03.2013 - 05:48
“Barselona” ilk yarım saat ərzində gözəl futbol göstərdi”
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə səfərdə “Barselona”ya (0:4) böyük hesabla uduzan və 1/4 final xəyallarının üstündən xətt çəkən “Milan”ın baş məşqçisi Massimiliano Alleqri matçdan sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Kataloniya təmsilçisinin komandası üçün çətinliklər yaratdığını bildirib.

O, oyunçularının sona qədər mübarizə apardığını vurğulayıb: “Barselona” ilk yarım saat ərzində gözəl futbol göstərdi. Kataloniyalılar çox yaxşı pressinq etdilər və bizi bizə aid olan sahəmizin yarısından çıxmağa çətinliklər yaratdı. Onlar 4 qolundan 3-ünü bizim kobud səhvlərdən sonra vurdular. Futbol hətta belə hallara malikdir. Biz birinci hissədə hesabı bərabərləşdirə bilirdik. Amma bunu bacarmadıq. Mən çox təəssüfləndim. Öz xəyallarımızı reallaşdırmaq üçün o qədər səy göstərmişdik. Bütün bunlara üzüldüm. Çünki birinci matçdan sonra biz çox ümid edirdik. “Barselona”nın heyətində Messi və İnyesta kimi böyük oyunçular var. Onlar istənilən müdafiəçini asan keçə bilərlər. Oyunçularımı qınamıram. Onlar sona qədər təslim olmurdular və hətta “Barselona”nın üçüncü qolundan sonra mübarizə aparmağa davam edirdilər”.