Xordi Roura: Bu gün Messi fantastik matç keçirdi
13.03.2013 - 06:19
Xordi Roura: Bu gün Messi fantastik matç keçirdi
“Milan”a 4:0 hesabı ilə qalib gəlmək hətta “Barselona” üçün qeyri-adi oldu. Onlar çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Tito Vilanovanın köməkçisi Xordi Roura deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan”la cavab oyun günündə qarşılaşmadan sonra fikirlərini bildirib.

Roura qələbənin Vilanova üçün çox əhəmiyyətli olduğunu ifadə edib: “Bizim işimizi onlar ciddi çətinləşdirdilər. Son günlərdə Messi və bizim digər futbolçularımız tənqidə məruz qalırdılar. Amma biz nəyə qadir olduğumuzu və bacarıqlarımızı göstərdik. Bu gün Lionel fantastik matç keçirdi. Bu qələbə Vilanova üçün çox əhəmiyyətlidir. Xoşbəxtlikdən o, sağalır. Tito Nyu-Yorkda müalicəsini davam etdirir. Onun qayıdışına biz şadıq”.