Həmid Altıntop ən yaxşı oyunçu seçildi
13.03.2013 - 07:46
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Şalke” –“Qalatsaray” (2:3) qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlindən vurduğu qüvvətli zərbələri ilə qapı dirəklərini nişan alan Həmid Altıntop ilk hissədə fərqlənməklə bu uğursuzluğa son qoyub və göstərdiyi oyunu ilə də gecəyə damğasını vurub.
Belə ki, Türkiyə millisinin üzvü sabiq komandasına qarşı çıxış etdiyi qarşılaşmada UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Altıntop bu qarşılaşmada 11532 m məsafə qət edərək ən çox qaçan futbolçu olub.

0
0