Almaniya 100-ə çatdı, Braziliya zirvədə qaldı
13.03.2013 - 09:30
Almaniya 100-ə çatdı, Braziliya zirvədə qaldı
Almaniyanın “Şalke” klubunun futbolçusu Noyştedter tarixə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu Çempionlar Liqasında qol vuran 100-cü almaniyalı olub. O, bu siyahıya 1/4 final mərhələsinin Türkiyə “Qalatasaray”ı ilə ev oyununda düşüb.

Avropanın ən nüfuzlu klub turnirində isə ən çox braziliyalılar – 164 futbolçu fərqlənib. Fransadan 149, İspaniyadan isə 104 oyunçu Çempionlar liqasında qol vurub. Bu siyahıda yarışın əsas mərhələsində qol hesabı açılmayan Azərbaycan yoxdur.