1269 gündən sonra qələbə
13.03.2013 - 10:19
“Simurq” klubu “Qarabağ” sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, 3 il yarımdır rəqibini məğlub edə bilməyən şimallılar Topaz Premyer Liqasının XXIII turunda bu xoş olmayan ənənəyə son qoyub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn “Simurq” 2009-cu il sentyabrın 20-dən sonra ilk dəfə ağdamlılardan 3 xal alıb. Bu qələbəni 1269 gün gözləyən zaqatalalılar son 7 oyunda “Qarabağ”dan cəmi 2 xal ala bilmişdi.
0
0