Ufuk Budak yenə zədələndi
13.03.2013 - 10:42
“Əskişəhərspor” martın 15-də Superliqada qarşılaşacağı “Elazığspor”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, təxminən 80 dəqiqə davam edən məşq prosesində Ufuk Budak iştirak etməyib.
Daha doğrusu, milli komandamızın müdafiəçisi belçikalı qapıçı Ruud Boffinlə birgə fitness salonunda hazırlaşıb. Buna səbəb isə onun belində spazmanın tapılmasıdır.
Qeyd edək ki, Ufuk Budak “Əskişəhərspor”a keçəndən zədə problemindən qurtula bilmir. Almaniyada əməliyyat olunduqdan sonra kollektivdən ayrı düşən Ufuk uzun müddətdən sonra sonuncu turda “18-liy”ə düşmüşdü.

0
0