İqor Bratan: “Qəbələ” layiqli komandadır
13.03.2013 - 11:40
İqor Bratan: “Qəbələ” layiqli komandadır
“Moldovadakı turnir hər il keçirilir. İştirakçıların tərkibi kifayət qədər ciddidir”. Apasport.az saytının məlumatına görə, bunu “Sevastopol” Akademiyasının direktoru İqor Bratan deyib.

Moldovanın Tiraspol şəhərində “Şerif”in təşkilatçılığı ilə 1998-ci il təvəllüdlü futbolçular arasında turnir keçirilir. “Tiraspol baharı – 2013” adlanan yarışda “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası da iştirak edir. Bundan başqa, turnirdə Moldova, Ukrayna və Rusiya klubları da mübarizə aparır.

Bratanın sözlərinə görə, qrupdakı rəqiblərindən olan “Qəbələ” də digərləri kimi, güclü komandalardandır: “Bütün rəqiblər – Moldovanın “Şerif-99”, “Şerif”, “Tiraspol”, Azərbaycanın “Qəbələ”, Rusiyanın “Şinnik”, Ukraynanın “Zirka” və UGİM–15” klubları layiqli komandalardır. “Şerif” akademiyasının rəhbərliyi yarışın keçirilməsi üçün əla şərait yaradıb. Bütün oyunlar “Şerif” İdman Kompleksinin üstüörtülü manejində keçirilir”.

Qeyd edək ki, “B” qrupunda yer alan “Qəbələ” U-15-i artıq ilk turda “Sevastopol”u 2:1 hesabı ilə məğlub edib. Təmsilçimiz bu gün “Şerif-99”la qarşılaşacaq.