“Xəzər Lənkəran”: Ənənəvi uğursuzluq
13.03.2013 - 11:47
“Xəzər Lənkəran”: Ənənəvi uğursuzluq
“Xəzər Lənkəran” uğursuz ənənə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” üçün 23 nəhs rəqəmə çevrilib.

Ardıcıl 3-cü dəfədir indiki formatla keçirilən Premyer Liqada 23-cü turun oyunları cənub təmsilçisinə düşmür. Düzdür, 2009/10 mövsümü də təxminən indiki formatda keçirilib. Lakin həmin vaxt “Qızıl xallar” hesablanırdı. Ardıcıl 3-cü dəfə isə həm format, həm xalların hesablanma sistemi dəyişməz qalır.

“Xəzər Lənkəran” da bu 3 ardıcıl mövsümdə final mərhələsinə eyni nəticə ilə başlayır. Ötən mövsüm “altılığ”ın ilk turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan cənublular 1 il əvvəl də səfərdə eyni hesabla uduzmuşdular. Həmin vaxt AZAL lənkəranlıları Bakıdan məğlub yola salmışdı – 0:1.

Final mərhələsinin ilk, mövsümün 23-cü turunu səfərdə keçirib 0:1 hesabı ilə uduzmaq ənənəsi bu il də davam etdirildi. Bu dəfə “Rəvan” cənubluları 1 qolla məğlub etdi. Maraqlıdır ki, bu ənənəvi məğlubiyyətlər təxminən eyni ərəfədə qeydə alınıb. 2011-ci ildə martın 13-də, ötən il 11-də, bu dəfə isə 12-də. Hər 3 oyunda meydan sahibləri qələbə qolunu 2-ci hissədə vurub.

Qeyd edək ki, əvvəlki 2 mövsümdə final mərhələsinə 0:1 hesablı məğlubiyyətlə başlayan “Xəzər Lənkəran” sonda mövsümü mükafatla başa vurub. Hər 2 halda gümüş medallar qazanılıb.