Uesli Sneyder məşqlərinə ara vermir - FOTO
18.06.2013 - 04:01
“Qalatasaray”da keçirdiyi yarım mövsümdən sonra yenidən Hollandiya milli komandasına çağırılan və burada baş məşqçi Lui van Qal tərəfindən ciddi xəbərdarlıq edilən Uesli Sneyder məşqlərinə ara vermir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu istirahət etdiyi İbiza adasında həm dincəlir, həm də möhkəm şəkildə formasını qorumağa çalışır.
Sabiq komandası “İnter”də uzun müddət forma geyinməyən Sneyder “Cim-Bom”da meydana çıxmaqda da çətinlik çəkmişdi. Bunun üçün də o, yeni mövsümə ciddi hazırlaşır.
Qeyd edək ki, Uesli “Qalatasaray”a yanvar ayında “İnter”dən 8 milyon avro transfer olunub. Hollandiyalı yarımmüdafiəçi İstanbul klubunda 12 oyunda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.

0
0