Milli çempionatımızın rekordçusu “Veris”ə keçdi
18.06.2013 - 08:15
Milli çempionatımızın rekordçusu “Veris”ə keçdi
Azərbaycan milli çempionatında oynamış moldovalı futbolçu Anatoli Doroş özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, yığmanın 29 yaşlı hücumçusu vətənində çıxışını “Veris”də davam etdirəcək. O, yüksək liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Doroş son olaraq Moldovanın “Rapid” klubunda oynayırdı.

Qeyd edək ki, ölkəmizdə oynadığı bütün klublarda – “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan”, “Simurq”da qol vurmaqla legioner kimi rekordçudur.