“Qarabağ”da daha bir hücumçu - FOTO
18.06.2013 - 09:23
Ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ”ın düşərgəsinə daha bir hücumçu qoşulub. Apasport.az saytının məlumatına görə, bu, konqolu Ulriş Kapolonqodur.
23 yaşlı futbolçunun son klubu “Şabab Əl-Ordon” klubu olub. O, bu klubla İordaniya çempionu olmağı bacarıb. Baxışda olan futbolçu ilə böyük ehtimalla, müqavilə bağlanacaq. “Qarabağ”ın düşərgəsində yer alan digər hücumçu isə Nikoloz Gelaşvilidir.
Qeyd edək ki, artıq Premyer Liqada Konqo Respublikasından təmsilçi var. Bu, “İnter”də çıxış edən Brus Abdulaydır.

0
0