Kapitan məşqlərə qoşuldu
18.06.2013 - 09:44
“Qarabağ” gündə 2 dəfə olmaqla Ankaranın Kızılcahamam qəsəbəsində məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, artıq Maksim Medvedevin ardından Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov da komandasının Türkiyədəki toplanışına qatılıb.
Qeyd edək ki, millinin Lüksemburqla oyunu ilə əlaqədar olaraq baş məşqçi Qurban Qurbanov yığma üzvləri – Maksim Medvedev, Rəşad Sadıqov və Bədavi Hüseynova düşərgəyə gec qoşulmağa icazə vermişdi.
Qeyd edək ki, millinin Lüksemburqla oyunu ilə əlaqədar olaraq baş məşqçi Qurban Qurbanov yığma üzvləri – Maksim Medvedev, Rəşad Sadıqov və Bədavi Hüseynova düşərgəyə gec qoşulmağa icazə vermişdi.
0
0