“İnter” “Anji” ilə qarşılaşacaq
18.06.2013 - 10:30
Avstriyada Avroliqaya hazırlıqlarını davam etdirən “İnter”in yoxlama oyunlarındakı digər rəqiblərinin adına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu gün Avstriyanın aşağı dəstə təmsilçisi “İnsbruk”la gücünü sınayacaq “bankirlər” daha 4 komanda ilə də yoxlama oyunu keçirəcək.
Premyer Liqanın bürünc mükafatçısı sabah Almaniyanın 3-cü liqa komandalarından biri ilə qarşılaşacaq. Hələ ki, yeganə adı bilinməyən rəqib budur. Məlum olduğu kimi, “İnter” iyunun 22-də “Krasnodar” və 24-də isə Praqa “Slaviya”sı ilə də gücünü sınayacaq (Çexiya klubunun rəsmi saytı səhvən həmin tarixdə “Neftçi” ilə qarşılaşacaqlarını bildirmişdi – red.).
Baş məşqçi Kaxaber Sxadadze Avroliqa oyunu ərəfəsində tədricən güclü komandalarla qarşılaşmaq istədiyindən, iyunun 27-dəki rəqib də Rusiyadan seçilib. “Ağ-göylər” Avstriyada son yoxlama oyununu “Anji”yə qarşı keçirəcək.

0
0