“Onlar sərfəli təklif alıb, Azərbaycan klublarına gedirlər”
18.06.2013 - 11:29
“Məşqçilər korpusu hücumçu Tofiq Qədimovu qaytarmaq istəyir. O, ötən mövsümə bizdə başlasa da, sonradan aldığı təklifə görə Azərbaycan klubuna yollandı”. Apasport.az saytının məlumatına görə, bunu “Daqdizel” klubunun baş direktoru Məhəmməd İsayev deyib.
O bildirib ki, ötən mövsümün gedişində “Qaradağ-Lökbatan”a keçən hücumçu Tofiq Qədimov yenidən dağıstanlıların maraq dairəsinə düşüb: “O, istedadlı oğlandır. Artıq hücumçu kimi formalaşıb, sürətlidir, yaxşı zərbəyə malikdir”.
Bakı “İnter”inin heyətində Azərbaycan çempionu olan yarımmüdafiəçi Əliyar İsmayılovu transferə çıxardıqlarını deyən klub rəsmisi ölkəmizə gəlmək variantı olan Murad Qurbanov haqda da söz açıb: “Bu il onu dəvət etmək istəyirdik. Ancaq belə başa düşdüm ki, Muradı hələ gənclər komandasında saxlamaq istədilər. Eşitdiyimə görə, “Anji”nin dublunda yetişən çox uşaqlar sərfəli təklif alaraq, Azərbaycan klublarına gedirlər”.
Qeyd edək ki, Rusiyanın aşağı divizionunda çıxış edən “Daqdizel”nin farmklubu sayılır və onun baş məşqçisi millimizin sabiq müdafiəçisi Emin Ağayevdir.

0
0