Rail Məlikov: Branimir Subaşiçi almaq “Orduspor”a sərf edir
18.06.2013 - 13:20
“Branimir Subaşiçin “Orduspor”a keçəcəyi haqda eşitmişəm. O, yaxşı futbolçudur, Türkiyənin I liqasında oynaya bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.
“Dənizlsipr”un müdafiəçisi millimizdə və “Neftçi”də birgə oynadığı Branimir Subaşiçin I liqada rəqibi olan “Orduspor”a gedişi variantına münasibət bildirib.
Belə ki, Superliqada yerini qoruya bilmədiyindən yenidən I divizionda oynayacaq Ordu təmsilçisi müqavilə imzalayacağı 31 yaşlı serbiyalı hücumçunu daha çox Azərbaycan vətəndaşı daşıdığı üçün transfer etməkdə maraqlıdır. Elə Rail da bu fikirlə razılaşır: “Bu, yüzdə yüz belədir. Çünki Subaşiçin Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən pasportu var. Belə olan halda, o, qaydaya görə legioner yox, yerli oyunçu sayılacaq. Bu mənada “Orduspor”a Branimirin transferi sərf edir. Türkiyənin I divizionu asan çempionat deyil, orada legionerlərə qarşı tələbkarlıq böyükdür. Üstəlik, “Orduspor” Superliqaya qayıtmağı qarşısına məqsəd qoyaraq, güclü futbolçular, legionerlər, hücumçular axtarışındadır”.
Qeyd edək ki, Türkiyənin I divizionda hər kluba türkdilli ölkələrdən 3 futbolçunu yerli oyunçu kimi oynatmağa icazə verilir.
Mehman SÜLEYMANOV

0
0