“Real” Fondu Bakıda futbol məktəbi açır
18.06.2013 - 14:58
Gənclər və İdman Nazirliyinin “Real” (Madrid) Fondu ilə birgə (“Fundación Real Madrid”) həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” üzrə sosial layihəsinin təqdimat mərasimi keçiriləcək. Nazirlikdən apasport.az saytına verilən məlumata görə, tədbir iyunun 20-də saat 16:00-da Qafqaz Baku City Hotelində baş tutacaq.
Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Real” (Madrid) Fondunun məşqçi mütəxəssisi Viktor De Arcenin iştirakı nəzərdə tutulub. Burada həmçinin layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu, “Azəridmanservis” MMC, Standard Insurance və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətliləri ilə birgə hökumət və qeyri hökumət təşkilatlarının rəsmi nümayəndələrinin də olacağı nəzərdə tutulub. Layihənin əsas məqsədi “Real” (Madrid) Fondunun sosial idman modeli əsasında Bakıda ilk sosial futbol məktəbinin yaradılmasıdır.
Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

0
0