“Qəbələ” ötən il oynadığı klubla yenidən qarşılaşa bilər
18.06.2013 - 16:35
“Qəbələ” Sparta toplanışı zamanı daha bir Türkiyə klubu ilə yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, bu, ötən mövsümün yekunlarına görə Superliqanı sonuncu pillədə tamamlamış “Mersin İdman Yurdu”dur.
Bundan başqa, məlum olduğu kimi, iyulun 1-dən 14-dək baş tutacaq Türkiyə hazırlıqlarında “Qəbələ”nin Superliqa klubları ilə də gücünü sınayacağı bildirilir. Bunlar “Trabzonspor”la “Antalyaspor”dur.
Qeyd edək ki, “Qəbələ” ötən il iyulun 26-da Superliqaya vəsiqə qazanmış “Mersin İdman Yurdu” ilə qarşılaşıb. Həmin vaxt Fatih Kavlakın yetirmələri rəqibdən Abdullah Halman və Mərt Nobrenin (penaltidən) qollarına mane ola bilməmişdi.

0
0