Avstriyalılar “İnter”i ölkə çempionu sayır
18.06.2013 - 17:22
Avstriyalılar “İnter”i ölkə çempionu sayır
“İnter”in bu gün Avstriyada oynayacağı “İnsbruk” klubunun rəsmi saytı yanlışlığa yol verib. Apasport.az saytının məlumatına görə, avstriyalılar Azərbaycan çempionu ilə qarşılaşdıqlarını zənn edirlər.

Hətta Çempionlar Liqasının təsnifat mərhələsində oynayacaq “İnter”in həvəskar Tirol liqasında dəfələrlə çempion olan “İnsbruk”la yoxlama matçı keçirməsi yüksək hal kimi qiymətləndirilib. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, görüşün başlama zamanı kimi Bakı vaxtı ilə saat 21:30 göstərilib.

Qeyd edək ki, “İnter”in rəsmi saytı bu oyunun yarım saat gec, 22:00-da başlayacağını qeyd edib.