“Qəbələ”nin sabiq hücumçusu İran millisində debüt etdi
18.06.2013 - 17:58
İran yığması rəsmən növbəti il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin millisi buna yenicə başa çatmış Cənubi Koreya ilə seçmə mərhələ görüşündə nail olub.
Belə ki, Seulda keçirilən görüşdə İran səfərdə minimal hesabla qələbə qazanıb. Bu görüşdə “Qəbələ”nin sabiq hücumçusu Fərzad Hatəmi son dəqiqələrdə debüt edib. O, əlavə olunmuş 2-ci dəqiqədə yeganə qolun müəllifi Quçannecadın yerinə daxil olub.

0
0