Bahodir Nasimov dubl etdi, ancaq...
18.06.2013 - 18:14
Bahodir Nasimov dubl etdi, ancaq...
Özbəkistan yığması az öncə başa çatmış seçmə mərhələnin Qətərlə oyununda əzmkar qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, fasiləyə minimal hesabla məğlub yollanan orta asiyalılar ikinci yarıda ərəblərin qapısından 5 top keçirib.

Belə ki, görüş 5:1 Özbəkistan yığmasının xeyrinə başa çatıb. Bu matçda “Neftçi”nin hücumçusu Bahodir Nasimov qələbənin əsas memarlarından olub. 60-cı dəqiqədə meydana çıxan futbolçu elə həmin dəqiqədə tarazlığı bərpa edib. Nasimov 74-cü dəqiqədə dublunu rəsmiləşdirib.

Qeyd edək ki, qələbəyə baxmayaraq, Özbəkistan birbaşa dünya çempionatına vəsiqə qazana bilməyib. Buna səbəb İranın səfərdə Cənubi Koreyaya qalib gəlməsidir.