Rayan Qiqqz məşqçilik lisenziyası alır
18.06.2013 - 18:48
Rayan Qiqqz məşqçilik lisenziyası alır
“Mançester Yunayted”in bütün oyunçuları istirahətdədir. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın yarımmüdafiəçi Rayan Qiqqz isə məşqçilik lisenziyası alması üçün Türkiyəyə yola düşüb.

Əgər veteran futbolçu imtahandan uğurlu keçsə, o, İngiltərədə ilk oynayan məşqçi olacaq. Həmçinin bu, Avropada ən yüksək məşqçi dərəcəsinə uyğundur.

Qeyd edək ki, 39 yaşlı oyunçunun müqaviləsi ilin sonunda başa çatacaq.