Platini Avropa çempionatının təşkilatçılığını yüksək qiymətləndirdi
18.06.2013 - 19:04
“Turnirin təşkili fantastik səviyyədə yerinə yetirilib və yarışın bütün iştirakçıları parlaq futbol göstərirlər. Həqiqətən, bu oyunçular gələcəyin super ulduzu olacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.
Ali futbol qurumunun rəhbəri İsraildə keçirilən 21 yaşlılardan ibarət Avropa çempionatını şərh edib.
Platini turnirin təşkilatçılığını yüksək qiymətləndirib: “Mən çox şadam ki, bu gənc nəsil həqiqətən də əla oynayır. Burada çox gözəl stadionlar inşa edilib, mükəmməl meydançalar mövcuddur. Oyunlarda atmosfer çox gözəl olur. Həmçinin bura balaca uşaqlar ailələri ilə birgə gəlirlər. Məhz turniri bu tipdə gördüyüm üçün mənim çox xoşuma gəldi”.

0
0