Zinəddin Zidanın komandası dağılır
18.06.2013 - 20:00
Fransa həvəskar liqasında çıxış edən “Kann” dağılmaq həddinə çatıb. Apasport.az saytının məlumatına görə, komanda ciddi maliyyə problemləri ilə üzləşib.
Qədim tarixə malik olan klubun 1,2 milyon avro kredit borcu var və Fransa təmsilçisi qısa müddət ərzində, müflis olmamaq üçün bunu ödəmək məcburiyyətindədir. Əks təqdirdə, “Kann” dağıla bilər.
Qeyd edək ki, “Kann” 1902-ci ildə yaradılıb. Bu komandanın heyətində müxtəlif illərdə bir çox məşhur futbolçular çıxış edib. Fransa milli komandasının sabiq üzvü, əfsanəvi oyunçu Zinəddin Zidan məhz peşəkar karyerasına (1988-1992) burada başlayıb. Həmçinin 1993-1995-ci illərdə Patrik Vieyra da peşəkar karyerasına “Kann”da start verib.
Çexiya millisinin sabiq futbolçusu Yan Koller isə 2010-2011 mövsümündə Fransa klubunun şərəfini qoruyub.

0
0