“Valensiya”nın müdafiəçisi “Borussiya”ya keçir
18.06.2013 - 20:25
“Valensiya”nın müdafiəçisi “Borussiya”ya keçir
Tino Kostanın Moskva “Spartak”ına keçməsinin ardınca müdafiəçi Adil Rami də “Valensiya”dan gedir. Apasport.az saytının məlumatına görə, Fransa milli komandasının üzvü karyerasının Çempionlar Liqasının finalçılarından olan Dortmund “Borussiya”sında davam etdirəcək.

Bundesliqanın gümüş mükafatçısı futbolçu üçün müqavilədə yazılmış 12 milyon avro dəyərində kompensasiyanı ödəyəcək. “Valensiya” da Ramini satmaq məcburiyyətindədir. Çünki İspaniya klubu maliyyə problemləri ilə üzləşib. Bunun üçün “yarasalar”a transferlərdən 24 milyon avro qazanmaq lazımdır.

Qeyd edək ki, “Valensiya” Tino Kostanı “Spartak”a 12 milyon avroya satıb.