Syomin sabiq oyunçusunun düzgün seçim etdiyini düşünür
18.06.2013 - 21:05
Syomin sabiq oyunçusunun düzgün seçim etdiyini düşünür
“Mən Qluşakov üçün şadam. O, “Spartak”a keçməyi çox istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis 2009-2010 mövsümündə “Lokomotiv”də rəhbərliyi altında çıxış edən Denis Qluşakovun “Spartak”a keçməsini şərh edib.

Syomin 26 yaşlı futbolçunun Moskva klubu ilə müqavilə imzalamasını düzgün seçim kimi qiymətləndirib: “Sözsüz ki, bu, Denis üçün irəli addımdır. O, “Lokomotiv”də daim inkişaf edirdi. “Spartak” onun üçün uğurlu olacaq. Denis yeni klubunda öz bacarığını nümayiş etdirmək üçün çalışdığı hər şeyi edəcək. Qluşakov milli komandanın istedadlı futbolçudur. Əminəm ki, bu transfer hamı üçün xeyirli olacaq”.

Qeyd edək ki, Denis Qluşakov 2005-ci ildən “Lokomotiv”də çıxış edirdi. 26 yaşlı yarımmüdafiəçi komandanın kapitanı və Rusiya yığmasına qədər yüksəlməyi bacarıb.