Abışovun komandası 2-ci görüşündə qazandı
18.06.2013 - 21:36
Abışovun komandası 2-ci görüşündə qazandı
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi növbəti mövsümə hazırlıq üçün yenə Slovakiya klubu ilə üz-üzə gəlib.

4 gün bundan əvvəl “Zlate-Moravtse”yə 0:1 hesabı ilə uduzan tatarıstanlılar bu dəfə Miyava “Spartak”ı ilə qarşılaşıb. Görüşdə “Rubin” rəqibini məğlub etməyi bacarıb – 3:1.

Kazan təmsilçisi Avstriyadakı axırıncı oyunu iyunun 22-də Rumıniya çempionu “Styaua”ya qarşı keçirəcək. “Rubin” Sloveniyadakı təlim-məşq çərçivəsində isə iyulun 3-də Ukraynanın “Zarya” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq.

Qeyd edək ki, Ruslan Abışov bu görüşdə iştirak etməyib. Çünki yığmamızın üzvü komandasının hazırlığına dünən qoşulub. Ona baş məşqçi Qurban Berdıyev millinin düşərgəsində iştirak etdiyi üçün bir az da istirahət vermişdi.