Karles Puyol növbəti dəfə bıçaq altına uzanacaq
18.06.2013 - 22:04
Karles Puyol növbəti dəfə bıçaq altına uzanacaq
“Barselona”nın müdafiəçisi Karles Puyol sabah bıçaq altına uzanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb İspaniya milli komandasının üzvünün sağ dizində zədəsi olmasıdır.

Təcrübəli futbolçu artıq bu problemlə bütün il boyu əziyyət çəkib. Cərrahiyyə əməliyyatından sonra isə 35 yaşlı oyunçu üç-dörd həftə məşqləri buraxacaq.

Qeyd edək ki, Kataloniya klubunun kapitanı həmin ki dizindən iki dəfə cərrahiyyə əməliyyatı keçirib.