Vaqif Cavadovun “siftə”si
19.06.2013 - 01:17
Vaqif Cavadovun “siftə”si
“Qarabağ”dan “İnter”ə keçən Vaqif Cavadov yeni komandasının heyətində ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən “bankirlər” dünən yerli klub “İnsbruk”la yoxlama görüşündə qüvvəsini sınayıb.

Paytaxt təmsilçisinin 8:0 hesabı ilə qələbə qazandıqları oyunda millimizin üzvü də fərqlənib. Cavadov Avstriya klubunun qapısından yalnız bir top keçirməyi bacarıb.

Digər qollara isə Asif Məmmədov, Coşqun Diniyev, Abdulla Abatsiyev, Arif Daşdəmirov hərəyə 1 dəfə imza atıb. Mirsahib Abbasov isə het-trik edib.