GLT sistemi ilk dəfə qolun müəllifini müəyyən etdi
19.06.2013 - 02:41
GLT sistemi ilk dəfə qolun müəllifini müəyyən etdi
Topun qapı xəttindən keçməsini avtomatik təyin edən GLT sistemi Konfederasiyalar Kubokunda ilk dəfə qolun kim tərəfindən vurulduğuna kömək edib. Apasport.az saytının məlumatına görə, bu, ötən gün B qrupunda mübarizə aparan Taiti – Nigeriya (1:6) matçında baş verib.

Belə ki, oyunun 5-ci dəqiqəsində Afrika təmsilçisinin müdafiəçisi Elderson Eçidjilenin uzaqdan vurduğu zərbəsindən sonra hesab açılıb. Lakin GLT sisteminin kamerasının videoyazıları vasitəsi ilə aydınlaşıb ki, bu top Taiti yığmasının futbolçusu Nikolya Vallara dəyərək tora daxil olub.

Qeyd edək ki, apreldə FİFA Konfederasiyalar Kuboku üçün GLT sisteminin istifadə edilməsini rəsmən təsdiq edib.