Millimizin rəqibinin baş məşqçisi PSJ-yə gedir
19.06.2013 - 03:48
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello komandadan gedir. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis bundan sonra PSJ-ni çalışdıracaq.
“SKY İtalia” telekanalı iddia edir ki, Fransa çempionları Kapellonu onun həmyerlisi Karlo Ançelottinin postunda əvəz etməyə inandırmağı bacarıblar. Paris klubunun hazırkı çalışdırıcısı isə “Real”a gedir.
PSJ Kapello ilə 1 illik müqavilə imzalayacaq. Parislilər Rusiya Futbol İttifaqına isə 3 milyon avro kompensasiya ödəyəcəklər.
Qeyd edək ki, Fabio Kapello 2012-ci ildə Rusiya yığmasına başçılıq edir. O, sonuncu dəfə klub olaraq “Real”ı (2006-2007) çalışdırıb.

0
0