Mario Qomeslə “Yuventus” da maraqlanır
19.06.2013 - 05:40
Mario Qomeslə “Yuventus” da maraqlanır
“Bavariya”nın hücumçusu Mario Qomes karyerasını İtaliya A seriyasında davam etdirməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu ilə “Fiorentina” isə yanaşı “Yuventus” da maraqlanır.

Bunu Qomesin agenti Ulya Ferber də təsdiqləyib. O bildirib ki, Mario “Atletiko” və “Mançester Siti” də istəyir: “Qomeslə bir neçə klublar maraqlanır. Onu İtaliya klubundan təkcə “Fiorentina” istəmir, həmçinin Marionu “Yuventus” da əldə etməyə çalışır. Bundan başqa, “Atletiko” və “Mançester Siti” də onu heyətində görmək niyyətindədir. Qomes indi istirahətdədir. O, qayıdandan sonra biz Mario üçün ən yaxşı qərarı qəbul edəcəyik”.

Qeyd edək ki, Qomesin 2016-cı ilə qədər “Bavariya” ilə müqaviləsi var.