“Xəzər Lənkəran” Almaniyaya yollandı
19.06.2013 - 08:21
“Xəzər Lənkəran” Almaniyaya yollandı
“Xəzər Lənkəran” 20 günlük istirahətini başa vuraraq bir araya gəlib. Apasport.az saytının məlumatına görə, Bakıda “Modern” otelində yığışan komanda bu gecə 04:00-da Bakı-İstanbul reysi ilə Türkiyəyə yollanıb. Orda Münhenə gedəcək lənkəranlılar Bavariya vilayətinin mərkəzindən Misbah şəhərciyinə qədər olan 60 km-lik yolu avtobusla qət edəcək.

Cənublular iyulun 2-ə qədər davam edəcək təlim-məşq toplanışında “Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşacaq.

Qeyd edək ki, cənublular ölkəmizi təmsil edəcəyi Avropa Liqasında ilk oyununu iyulun 4-də keçirəcək.