Yuri Syomin: O, hər klubu gücləndirən çox uğurlu transferdi
19.06.2013 - 08:33
Yuri Syomin: O, hər klubu gücləndirən çox uğurlu transferdi
“Taras Mixalik Premyer Liqasının istənilən klubunu gücləndirən futbolçu, çox uğurlu transferdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib. Rusiyalı mütəxəssis Kiyev “Dinamo”sunda rəhbərliyi altında oynamış müdafiəçi Taras Mixalikin digər keçmiş komandası “Lokomotiv”ə keçidindən danışıb.

Syomin moskvalıların 3 illik müqavilə bağladığı 29 yaşlı ukraynalı futbolçunu uğurlu transfer sayır: “Mən Mixaliklə bir yerdə işləyəndə, onun peşəkar və insani keyfiyyətlərindən 1 dəqiqə olsun şübhə etmirdim. Belə oyunçular ətrafında komanda qurmaq olar”.