“İnter” Almaniya klubu ilə oynayası olmadı
19.06.2013 - 09:57
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in Avstriya hazırlıqları davam etməkdədir. Apasport.az saytının məlumatına görə, dünən yerli “İnsbruk”u darmadağın edən (8:0) “bankirlər” bu gün yoxlama oyunu keçirməyəcək.
Halbuki ilkin olaraq planda Almaniya 3-cü liqa təmsilçisi “Unterhaxinq”lə yoxlama oyununun keçirilməsi nəzərdə tutulmuşdu. Bunun üçün “İnter” Avstriya ilə sərhəddə olan Qrassau qəsəbəsinə yollanmalı idi. Ancaq sonradan bürünc mükafatçımız ora səfər etmək fikrindən vaz keçib.
Qeyd edək ki, “İnter” növbəti yoxlama oyununu iyunun 22-də “Krasnodar”a qarşı keçirəcək. İyunun 24-də “Slaviya” və 27-də “Anji” ilə hazırlıq matçları da nəzərdə tutulub.

0
0