“Qəbələ” “Dinamo” ilə yoxlama oyunu keçirəcək
19.06.2013 - 10:07
“Qəbələ” “Dinamo” ilə yoxlama oyunu keçirəcək
2012/13 mövsümündə U-11 Liqasının qalibi adını qazanmış "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə bu gün Gürcüstana yola düşəcək. Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək hazırlıq prosesi müddətində "qırmızı-qaralar" 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

"Qəbələ" iyunun 21-də və 23-də "Dinamo" (Tbilisi), 25-də isə Sulakvelidze Akademiyası ilə üz-üzə gələcək. Təmsilçimiz Tbilisidə "Bomond Garden" otelində məskunlaşacaq.

Komanda qonşu ölkəyə aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Əli Mustafayev, Yusif İmanov

Müdafiəçilər: Əli Valehli, Tərlan İsgəndərov, Şahlar Məmmədov, Orxan Ağayev, Taleh Fərmanov, Mahir Həsənov

Yarımmüdafiəçilər: Qurbanəli Bayramov, Turxan Quluzadə, Firudin Həşimov, Arif Verdiyev, Veysəl Rzayev, Abid Kərimli

Hücumçular: Ülvi Mədətov, Raul Abdullayev, Həmid Vəliyev, Nazim Həsənzadə.