“Neftçi” “Vaslui”yə rəqib oldu
19.06.2013 - 10:24
“Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında oynayacağı növbəti sınaqçı rəqibin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkə çempionumuz Rumıniyanın “Vaslui” klubu ilə gücünü sınayacaq.
Rumıniyalılar iyunun 19-dan iyulun 11-dək Avstriya toplanışı zamanı “Neftçi”dən başqa, Kutaisi “Torpedo”su (Gürcüstan), Lvov “Karpatı”sı (Ukrayna), “Horn” (Avstriya), “Karlsrue” (Almaniya), Nijni-Novqorod “Volqa”sı (Rusiya), “İnqolştadt” (Almaniya) və “Terek”lə (Rusiya) gücünü sınayacaq. Bu komandalardan “Neftçi”nin “Volqa” ilə üzləşəcəyi deyilir. Həmin oyun iyunun 29-da baş tutacaq.
Qeyd edək ki, “Vaslui” son mövsümü 5-ci pillədə tamamlayıb. “Neftçi” bu klubla UEFA İntertoto Kubokunun son mərhələsində üzləşib. Bakıda “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə rəqibinə 0:2 hesabı ilə yenilib.

0
0