“Simurq” Bakıda hazırlıqlara başladı
19.06.2013 - 11:18
"Simurq" 2013/14 mövsümünün hazırlıqlarına start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərərində bir araya gələn Zaqatala klubu təlim-məşq toplanışının birinci mərhələsini Mərdəkanda davam etdirir.
"Karvan Palace" otelində məskunlaşan “sarı-qaralar” tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxır. Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edir.
Axşam hazırlığı isə "Dalğa Arena"nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanır.
Qeyd edək ki, "Simurq"un Bakı toplanışı iyunun 21-nə qədər davam edəcək. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

0
0