Kamran Ağayev Türkiyədə əməliyyat olunacaq
19.06.2013 - 15:50
Kamran Ağayev Türkiyədə əməliyyat olunacaq
“Bakı”nın qapıçısı Kamran Ağayev sabah səhər saatlarında Turkiyəyə yola düşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uzun müddət qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkən qapıçı “zolaqlılar”ın sağlamlıq sponsoru olan “Acıbadem” klinikasında əməliyyat olunacaq.

“Bakı”nın həkimi Rafiq Hüseynovun məlumatına əsasən, qasığın sol tərəfindən əməliyyat olunacaq Kamranın, təxminən, bir ay sonra məşqlərə başlanmasını gözlənilir.