Avrokuboklarda püşkatmanın vaxtı bilindi
19.06.2013 - 16:39
2013/14 avrokubok mövsümünün ilk püşkatma mərasiminin başlanma vaxtına aydınlıq gəlib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, püşkatma ənənəvi olaraq Avropanın ali futbol qurumunun baş katibi Canni İnfantino və yarışların keçirilməsi üzrə direktor Corcio Markettinin rəhbərliyi altında keçiriləcək.
İlk öncə UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşü atılacaq. Bu, Bakı vaxtı ilə saat 15:00-da olacaq. Bir saat sonra isə Avroliqanın ilk təsnifat mərhələsinin püşkünə start veriləcək. Bakı vaxtı ilə saat 17:30-da isə Avroliqanın 2-ci təsnifat mərhələsində hansı komandaların (hansı cütlərin) üz-üzə gələcəyi öncədən müəyyənləşdiriləcək.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında “Neftçi”, Avroliqada “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” təmsil edəcək.

0
0