Cennaro Qattuzo rəsmən “Palermo”da!
19.06.2013 - 18:48
Cennaro Qattuzo rəsmən “Palermo”da!
“Milan” və “Syon”un sabiq futbolçusu Cennaro Qattuzo rəsmən “Palermo”nun baş məşqçisi olub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı mütəxəssis bundan sonra Siciliya klubunu çalışdıracaq.

“Palermo” Qattuzo ilə 1 illik müqavilə imzalayıb. Həmçinin istənilən halda hər iki tərəf müqavilənin müddətini uzada bilər.

Qeyd edək ki, Qattuzo “Syon”da son mövsümün ikinci yarısında oynayan məşqçisi təyin olunmuşdu.