Rəqibimizin baş məşqçisi PSJ-yə getmədi
19.06.2013 - 19:14
Rəqibimizin baş məşqçisi PSJ-yə getmədi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello komandasında qalacaq. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis PSJ-yə başçılıq etməkdən imtina edib.

“Gazzetta Dello Sport” iddia edir ki, bu gün italiyalı çalışdırıcının agenti və oğlu Perfilippo Paris klubunun prezidenti Naser Əl-Xəleyfi ilə görüb. Danışıqlar PSJ-nin ofisində baş tutub. Görüş zamanı Kapelloya birillik müqavilə təklif edilib. Lakin Fabio bununla razılaşmayıb və indi o, Rusiyanın baş məşqçisi kimi Braziliyaya Konfederasiyalar Kubokuna yollanacaq.

Qeyd edək ki, daha əvvəl bildirilmişdir ki, PSJ Fabio Kapelloya illik 20 milyon avro təklif edib. Lakin vergi nəticəsində italiyalı mütəxəssisin bu məvacibi 2 dəfə az olacaq. Rusiyada isə o, təxminən 6 milyon avro alır.