“Liverpul”un hücumçusu “Vest Hem”ə keçdi
19.06.2013 - 20:00
“Liverpul”un hücumçusu “Vest Hem”ə keçdi
Endi Kerroll rəsmən “Vest Hem”in futbolçusu olub. Apasport.az saytının məlumatına görə, ötən mövsümü London klubunda icarə əsasında çıxış edən 24 yaşlı hücumçu 15 milyon avro dəyərində “Liverpul”dan “Vest Hem”ə keçib.

Kerroll daha əvvəl “Vest Hem”lə 6 illik müddətinə razılaşmışdı və bundan sonra müqavilə 2 il daha uzadıla bilər.

Qeyd edək ki, Endi Kerroll 2011-də “Liverpul”a “Nyukasl”dan 35 milyon avroya transfer olunub.