“Fənərbaxaça”nın oyunçusu “Sevilya”dan təklif aldı
19.06.2013 - 20:35
“Fənərbaxaça”nın oyunçusu “Sevilya”dan təklif aldı
“Fənərbaxaça”nın yarımmüdafiəçi Miloş Krasiç yayda İspaniya La Liqasına keçə bilər. Apasport.az saytının məlumatına görə, serbiyalı futbolçu ilə “Sevilya” yaxından maraqlanır.

İspaniyalılar 28 yaşlı oyunçunu “Mançester Siti”yə keçən Xesus Navasın əvəzetməsi kimi görürlər.

Bu xəbəri Krasiçin öüz də təsdiqləyib: “Sevilya” mənə çox maraqlı təklif etdi. İndi mən bu haqda düşünürəm. Amma hazırda “Fənərbaxaça”nın oyunçusuyam. İyunun 28-də İstanbula qayıdacağam və mövsümə hazırlığa başlayacağam”.