Ruslan Abışovun Avstriyadakı hazırlığı - FOTO
19.06.2013 - 21:03
Ruslan Abışovun Avstriyadakı hazırlığı - FOTO
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlığa bir qədər gec qoşulan yığmamızın üzvü Kazan təmsilçisinin bugünkü səhər məşqində iştirak edib.

Qeyd edək ki, Abışov komandasının hazırlığına iyunun 17-də qoşulub. Ruslana baş məşqçi Qurban Berdıyev millinin düşərgəsində iştirak etdiyi üçün bir az istirahət vermişdi.