Matçdan əvvəl etirazçılar küçələrə çıxdı
19.06.2013 - 22:25
Matçdan əvvəl etirazçılar küçələrə çıxdı
Konfederasiyalar Kubokunun qrup oyunlarında mübarizə aparan Braziliya yığması ilə Meksika millisinin oyunun başlamasına bir neçə saat qalmış etirazçılar arasında toqquşmalar baş verib. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi “Kaştelau” stadionuna yaxın yerdə aksiyaçılar bələdiyyə binasına hücum ediblər.

Daha sonra bələdiyyə qvardiyasının maşınını çevirərək yandırıblar. Polis isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq etməyə məcbur olub. Stadiona gedən azarkeşlər polis nəzarətindən keçirlər. Aksiyada isə 10 min insan iştirak edib.

Qeyd edək ki, Braziliya – Meksika matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.