“Xəzər Lənkəran” oteli niyə dəyişdi?
19.06.2013 - 23:33
“Xəzər Lənkəran” oteli niyə dəyişdi?
Almaniyaya təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran”ın planlarında dəyişiklik edilib. Apasport.az saytının xəbərinə görə, dünən günorta saatlarında Miçbax şəhərciyində məskunlaşdığı “Bayerischer Hof” tərk edib. Buna səbəb isə həmin otelin meydançasının bərbad vəziyyətə düşməsidir.

Bu üzdən “ağ-yaşıllar” axşam saatlarında İnqloştat yaxınlığındakı dörd ulduzlu “Marc Aurel” otelinə köçüb.

Komandanın yeni transferlərindən Junior Nildo, Nikola Qligorov və Rasim Ramaldanov düşərgədə olsa da, bu saatlaradək Zohair Benauahi komandaya qoşula bilməyib.